Səudiyyə Ərəbistanı Böyük Britaniyadan 1,4 milyard dollarlıq silah alıb

Böyük Britaniya 2017-ci ilin ilk 6 ayı ərzində Səudiyyə Ərəbistanına 1,4 milyard ABŞ dolları dəyərində silah və hərbi texnika ixrac edib.

“AzeriDefence” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, cari ilin yanvar ayından mart ayına qədər Böyük Britaniya Səudiyyə Ərəbistanına 369 milyon ABŞ dolları, aprel ayından iyun ayına qədər isə 1,1 milyard ABŞ dolları dəyərində silah satıb.

KATEQORIYA:
Bu xəbəri paylaş