Səudiyyə Ərəbistanı İsrail PUA-ları alır
Səudiyyə Ərəbistanı Cənubi Afrik Respublikasının (CAR) vasitəçiliyi ilə İsrailin pilotsuz uçuş aparatlarını (PUA) alır.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, Səudiyyə Ərəbistanının CAR-la birgə PUA istehsalı ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Əslində isə Səudiyyə Ərəbistanı CAR vasitəçiliyi ilə İsrail istehsalı olan PUA-ların satınalmasını həyata keçirmək niyyətndədir və bu istiqamətdə işlər davam etdirilir.
Mənbə yazır ki, CAR-la İsrail arasında siyasi əlaqələr o qədər də yaxşı olmasa da, bu vəziyyət hərbi texnikanın satışı istiqamətində münasibətlərə xələl gətirməyib.