Səudiyyə Ərəbistanı “Lockheed Martin” şirkətindən döyüş gəmiləri alır

Səudiyyə Ərəbistanı və ABŞ arasında “Lockheed Martin” şirkətinin yeni yaratdığı MMSC (Multi-Mission Surface Combatant) freqatının alğı-satqısına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Müqavilə əsasında “Lockheed Martin” Səudiyyə Ərəbistanın Hərbi Dəniz Qüvvələri üçün 4 ədəd çox məqsədli MMSC döyüş gəmisi inşa edəcək.

11,25 milyard dollar dəyərində olan MMSC döyüş gəmisi LCS “Freedom” sinifinə daxildir.

Müqavilə çərçivəsində “Lockheed Martin” sifarişçini əlavə olaraq dizayn, hərəkət dəstəyi, təmir, test və ehtiyyat hissələri ilə təmin edəcək.

Gəmi 76 mm top, “Harpoon” gəmi əleyhinə raket, “SeaRAM” az mənzilli zenit-raket kompleksi və digər silah arsenalı ilə təchiz olunub. Freqatın radar sisteminə isə FAR Airbus D&S TRS-4D, “Variable Depth Sonar” (Thales CAPTAS), “Saab Ceros 200” atəşin idarə olunması qurğusu və “Argon”ST WBR-2000 radioelektron mübarizə avadanlığı daxil edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş