Səudiyyə Ərəbistanı M113 ZTR-lərini yeniləyir

Türkiyənin də iştirak etdiyi layihənin dəyəri 1 milyard ABŞ dollarıdır

Türkiyənin FNSS və Böyük Britaniyanın “BAE Systems” şirkətləri birgə həyata keçirdikləri proqram çərçivəsində Səudiyyə Ərəbistanı Ordusunun texnika parkında mövcud olan zirehli transportyorların (ZTR) modernləşməsini işlərinə başlayıblar.

“AzeriDefence”nin “Defence24” saytına istinadən verdiyi məlumatına görə, Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, Səudiyyə Ərəbistanının texnika parkında istismarda olan M113 ZTR-lərin modernləşmə işləri Əl-Hərdcə yaxınlığındakı hərbi-təmir  bazasında həyata keçirilir.

Layihənin dəyəri 1 milyard ABŞ dollarıdır.

Modernləşmə işləri çərçivəsində ZTR-lərin zireh qatı, maşının ballistikası, korpus və içəridən olan hissələri, manevr imkanları gücləndiriləcək və genişləndiriləcək.

Bu modernləşmədən sonra ZTR M113A4 adlandırılacaq.

Bundan başqa maşında yay-qış havalandırma sistemi, kütləvi qırğın silahından qorunma mexanizmi qurulur.

ZTR-in mühərriki və ötürücü sürət qutusunda da yenilənmə işləri aparılır. Modernləşmə işlərindən sonra maşının çəkisi 13,5 tona çatacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş