Səudiyyə Ərəbistanı Rusiyadan bu silahları alacaq

Rusiya və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığa dair imzalanan müqavilə çərçivəsində, Rusiyanın Səudiyyə Ərəbistanına satacağı silahların siyahısı açıqlanıb.

“AzeriDefence” Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın hərbi-texniki əməkdaşlığı üzrə federal xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyova məlumat verib.

M.Vorobyovanın sözlərinə görə, Səudiyyə Ərəbistanı Rusiyaya S-400 “Triumf” zenit-raket kompleksləri ilə yanaşı “Kornet-EM” tank əlehinə raket kompleksləri, TOS-1A “Solnsepyok” ağır odsaçan sistemləri, AQS-30 avtomatik qumbaraatanları və “Kalaşnikov” Konsernin istehsalı olan AK-103 avtomatlarının alınması ilə bağlı sifarişlər edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Salman Abdül Əziz əl Saud 5-7 oktyabr tarixlərində Moskvada rəsmi səfərdə olub. Səfər çərçivəsində Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hərbi əməkdaşlığa dair 3 milyard ABŞ dolları dəyərində müqavilə imzalandığı bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş