Səudiyyə Ərəbistanı Sərhəd Xidməti MLS “Caprivi” maşınlarını istifadəyə qəbul edib

Səudiyyə Ərəbistanının Sərhəd Xidməti “Mobile Land Systems” (MLS) şirkətindən “Caprivi Mk3” minaya qarşı qorumalı nəqliyyat vasitələri (MRAP) alıb.

Bu barədə “AzeriDefence” “Janes”ə istinadən məlumat verib.

Səudiyyə İnformasiya Agentliyinin (SPA) aprelin 10-da yayımladığı fotoda Səudiyyə Ərəbistanının cənub sərhəd şəhəri olan Cizanda xidmət edən sərhəd bölmələrinin “Caprivi Mk3” MRAP-dan istifadə etdikləri görüntülənib. Maşınlar Səudiyyə Ərəbistanı Sərhəd Xidmətinin istifadəsində yer alan ilk MRAP tipli nəqliyyat vasitələridir.

On yerlik “Caprivi Mk3” maşınlarının ağırlığı 10 ton təşkil edir. Maşının ballistik mühafizəsi STANAG 4569 Level 3, minaya qarşı qoruması STANAG 4569 Level B7+ səviyyəsinə cavab verir.

Qeyd edək ki, MLS şirkəti Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Şirkətinin “Caprivi” MRAP-nın Azərbaycanda “İldırım” adıyla birgə istehsalı nəzərdən keçirilir. Bu çərçivədə Bakıda yığılan ilk maşın 2016-cı ilin sentyabr ayında ADEX-2016 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş