Səudiyyə Ərəbistanı təcili olaraq Fransadan döyüş təyyarələri alır

Səudiyyə Ərəbistanının müdafiə naziri, varis şahzadənin müavini Muhəmməd ibn Salman  72 ədəd “Rafale” döyüş təyyarələrinin alınması ilə bağlı saziş imzalanması üçün Fransa hökumətinə müraciət edib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə,  undan başqa Səudiyyə Ərəbistanının hərbi rəhbərliyi eyni sayda “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması ilə bağlı da Böyük Britaniya hökuməti ilə danışıqlar apardığı bəlli olub.

 

Məlumatda o da qeyd olunub ki, həmçinin, Səudiyyə Ərəbistanı kəşfiyyat peykləri ilə bağlı Fransanın “Thales Alenia Space” və “Airbus Group” şirkətləri ilə də danışıqlar aparır.

Buna baxmayaraq, Fransa hökumətində ərəblərin, xüsusilə də Səudiyyə Ərəbistanının və Qətərin silahlanmasından narahatlıq ifadə olunub. Bu məsələdə Fransanın fəallığının isə yolverilməz olduğu bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş