Səudiyyə Ərəbistanı Ukraynadan “Antonov” təyyarələri alır

Ukraynanın “Antonov” və Səudiyyə Ərəbistanının “Taqnia Aeronautics” şirkətləri arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə “AzeriDefence” yerli mediaya istinadən məlumat verib.

Xəbərdə bildirilib ki, Səudiyyə Ərəbistanı ilkin olaraq, 4 ədəd An-148-100 sanitar, 4 ədəd kəşfiyyat-xilasetmə və 2 ədəd radioelektron imkanları ilə təchiz edilmiş təyyarələr alacaq.

İmzalanma mərasimi “Dubai Air Show 2015” sərgisi çərçivəsində keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş