Səudiyyə Ərəbistanına ballistik raket atılıb

Yəməndən Səudiyyə Ərəbistanına “Qaher-2” adlı ballistik raket atılıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda məlumatı İranın “Press Tv” kanalı verib.

Bildirilib ki, raket Səudiyyə Ərəbistanının cənub-qərbindəki yerləşən Cizan rayonuna düşüb. Ehtimal edilir ki, “Qaher-2” ballistik raketi Yəməndəki husi üsyançıları tərəfindən ölkə ərazisindən buraxılıb.

Rəsmi Ər-Riyad yayılan məlumatlarla bağlı hələ ki, şərh vermir. Cizan ərazisindəki tələfat və dağıntılar barədə də məlumat verilməyib. Məlumat üçün onu da qeyd edək ki, Səudiyyə Ərəbistanının Cizan əhalisi təxminən 130 min nəfər təşkil edir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı ordusunun sərəncamında ABŞ istehsalı olan Hava Hücumundan Müdafiə vasitələri var. Bu günlərdə məlum oldu ki, Ər- Riyad Rusiya Federasiyasından “S-400” zenit raket kompleksləri alır.

KATEQORIYA:
Bu xəbəri paylaş