Şeyxülislam general Polad Həşimovun ata ocağını ziyarət edib

Şeyxülislam general Polad Həşimovun ata ocağını ziyarət edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun doğulub boya-başa çatdığı Qəbələ rayonunun Vəndam kəndində olub.

Bu barədə Azeri Defence saytına Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Şəhidin ata ocağını ziyarət edən Şeyxülislam A. Paşazadə xalqımızın qəhrəman oğlu Polad Həşimovun əziz xatirəsini anmaq üçün məhz bu günü — müqəddəs Qurban bayramının Ərəfə gününü seçdiyini xüsusi vurğulayıb.

A.Paşazadə general-mayor Polad Həşimovun atası və övladlarına başsağlığı verib. O qeyd edib ki, düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olub, dinc sakin qətlə yetirilib. Şeyxülislam A. Paşazadə Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizi yad edib, Tovuz rayonu ərazisində düşmən təxribatı zamanı şəhid olmuş 12 hərbçimizin xatirəsini anıb, Allahdan onlara rəhmət diləyib.

KATEQORIYA:
Bu xəbəri paylaş