Şeyxülislam şəhid mayorun məzarını ziyarət edib

Şeyxülislam şəhid mayorun məzarını ziyarət edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovun məzarını ziyarət edib.

Azeri Defence saytının məlumatına görə, bu barədə Şeyxülislam Allahşükür Paşazadənin sosial media hesabında bildirilib.

Şeyxülislam Allahşükür Paşazadə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları – Cavanşir Paşazadə və Anar İsgəndərov Masallı rayonunun Ərkivan qəsəbəsində şəhid Anar Novruzovun məzarını ziyarət edərək, ruhuna dualar oxuyublar.

Daha sonra Allahşükür Paşazadə şəhidin ailə üzvləri ilə görüşüb. Görüş zamanı Paşazadə şəhidlik İslam dinində ən uca məqamın olduğunu vurğulayaraq, şəhidin ailəsinə və yaxınlarına başsağlığı verib.

KATEQORIYA:
Bu xəbəri paylaş