Səfər Əbiyev Gürcüstanın müdafiə naziri ilə görüşüb

İyunun 17-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Bakıda işgüzar səfərdə olan Gürcüstanın müdafiə naziri İrakli Alasiniya ilə görüşü olub. Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Görüş zamanı nazirlər Azərbaycan-Gürcüstan əlaqələri, hərbi əməkdaşlığın perspektivləri və bölgədəki hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş