Səfərbərlik Xidmətində müşavirə keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2014-cü ilin xidməti fəaliyyətin yekunlarına və 2015-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.
Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Müşavirədə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində görülmüş işlərə dair məruzə edib, 2015-ci ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.
Müşavirədə bir sıra məsələlər müzakirə olunub, general-leytenant A. Rəhimov 2015-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib.
Müşavirənin yekununda Xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb