SHXÇDX: “Döyüşlərdə iştirak etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri davam edir”

SHXÇDX: “Döyüşlərdə iştirak etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri davam edir”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri davam edir.

Bu barədə “AzeriDefence”ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

“Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına səs verən 46 mindən çox vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar”, – deyə Səfərbərlik Xidmətinin məlumatında bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş