SHXÇDX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürəcək

SHXÇDX Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində ianə ayrılması qərara alınıb.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-dən məlumat verilib.

Həmin vəsaitin ayrılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyətinin könüllü istəyi ilə onların aylıq pul təminatı məbləğindən həyata keçiriləcək.

Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş