SHXÇDX-nin Nizami rayon idarəsinin yeni binası istifadəyə verilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhər Nizami rayon idarəsinin inzibati binasının açılışı olub.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə çıxış edən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimovbildirib ki, SHXÇDX fəaliyyət göstərdiyi 3 il ərzində səfərbərlik işinin qurulması, çağırışçıların ordu sıralarına çağırılması, gənclərin hərbi vətənpərvərlik işin təşkili sahəsində əhəmiyyətli işlər görülüb. Xidmətin maddi-texniki təminatı yaxşılaşdırılıb.

A. Rəhimov qeyd edib ki, indiyədək Xidmətin Ağsu, Sumqayıt, Qazax rayon idarələrinin inzibati binaları yenidən qurulub, 10 rayon idarəsinin binasında yenidənqurma işləri aparılır. Bununla yanaşı paytaxtın Xətai rayonu ərazisində SHXÇDX-nin yeni inzibati binası, Qaradağ rayonu ərazisində isə Mərkəzi Çağırış Kompleksinin inşası aparılır.

Tədbirdə çıxış edən Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov SHXÇDX-nin Nizami rayon idarəsinin əməkdaşlarına uğurlar arzulayıb.

Tədbirdə məlumat verilib ki, yeni bina hər biri 275 kv. metr olan 3 mərtəbədən və serverin yerləşdiyi zirzəmidən ibarətdir. Binada 32 xidməti otaq, o cümlədən növbətçi hissə, müşavirə otağı, iclas zalından ibarətdir. Əvvəlki binadan fərqli olaraq, yeni binada Hərbi həkim komissiyasına məxsus 6 həkim mütəxəssis otağı ayrılıb. Binaa şəxsi heyətin iş fəaliyyətinin yüksəldilməsi məqsədi ilə xidmət üçün zəruri olan avadanlıqlarla tam təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş