SHXÇDX-nin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib

SHXÇDX-nin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov fevralın 20-də Gəncədə Göygöl, Daşkəsən, Samux, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Goranboyda Mingəçevir, Naftalan, Xocalı və Goranboy şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 41 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının xidmət yerinin müəyyənləşdirilməsi və təkrar tibbi müayinəyə cəlb edilməsi, həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi, şəhid statusunun, veteran adı və vəsiqəsinin verilməsi,eləcə də digər məsələlər ilə bağlı olub.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş