SHXÇDX Orduda könüllü xidmət etmək istəyən vətəndaşlara müraciət edib

SHXÇDX Orduda könüllü xidmət etmək istəyən vətəndaşlara müraciət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni elektron xidmət istifadəyə verib.

Səfərbərlik Xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər:

https://exidmet.seferberlik.gov.az/Volunteer/Service

“Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən olunmuş tələblərə əməl edilməsi, respublikamızda və xaricdə yaşayan vətəndaşların rahatlıqlarının, müraciət imkanlarının daha əlçatanlığının, həmçinin çoxsaylı vətəndaş müraciətlərinin qeydiyyatının operativliyinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni elektron xidmət istifadəyə verib”,  – deyə Səfərbərlik Xidmətinin məlumatında bildirilib.

Məlumatda o da qeyd olunub ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş