SHXÇDX: “Səfərbərlik çağırışı ilə bağlı göndərilən SMS-lər həqiqətə uyğun deyildir”

SHXÇDX: “Səfərbərlik çağırışı ilə bağlı göndərilən SMS-lər həqiqətə uyğun deyildir”

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib.

Bu barədə “AzeriDefence”ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Səfərbərlik Xidməti rəsmi olaraq bildirir ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyildir.

Səfərbərlik Xidməti vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırır.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş