Sikorsky CH-53K helikopterinin yerüstü sınaqlarını keçirib
Sikorsky şirkəti tərəfindən ABŞ-ın dəniz piyada qoşunları üçün hazırlanmış CH-53K tipli helikopterin birinci prototipi yerüstü sınaqları (Ground Test Vehicle – GTV) keçirilib. Bu barədə “AzeriDefence” Sikorsky şirkətinin saytına istinadən məlumat verib.
GTV-dən sonra helikopterin dörd uçuş nümunəsi (Engineering Development Model) istehsal ediləcək. Hansılar ki, 2014-2015 ildə sınaq uçuşlara başlayacaq.
Yeni helikopter hazırda istifadədə olan CH-53E “Super Stallion”u 2019-cu ildə əvəz etməlidir. CH-53K xarici asmada 27000 funtdan artıq yükü 110-dan çox dəniz mili uzaqlığa qədər apara biləcək.
KATEQORIYA: Aerospace