“Sikorsky” şirkəti satılır

Amerikanın “United Technologies” (UTC) şirkətlər qrupu “Sikorsky” helikopter şirkətini satışa çıxarmağa hazırlaşır.“AzeriDefence”nin xəbərinə görə, bu barədə UTC şirkəti məlumat yayıb.

Dünyada 90 ildir helikopter istehsalı ilə məşğul olan “Sikorsky” şirkəti 1929-cu ildən UTC-nin tərkibindədir.

“Sikorsky” şirkəti ötən il ABŞ donanmasından 2023-cü ilədək çatdırılması planlaşdırılan 21 yeni helikopter sifarişi alıb.

UTC satışlarının ümumilikdə 10%-ni təmin edən “Sikorski”nin ciddi xeyir gətirmədiyini açıqlayıb.

UTC-nin satış barədə açıqlamasından sonar birjada “Sikorsky” şirkətinin səhmləri 2.5% ucuzlaşıb.

KATEQORIYA:
Bu xəbəri paylaş