Sikorsky və Boeing X-2 helikopterini birgə hazırlayacaq

Sikorsky və Boeing şirkətləri Joint Multi-Role Technology Demonstrator (JMR TD) layihəsinin birinci mərhələsində yüksək sürətli X-2 helikopterinin təcrübi nümunəsini birgə hazırlayacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Flightglobal nəşri məlumat yayıb.

Sikorsky döyüş helikopterləri bölməsinin prezidenti Samir Mehdinin sözlərinə görə, yeni X-2 müasir helikopterlərdən 60% çox döyüş hərəkət radiusuna malik olacaq. X-2 helikopteri əks fırlanmalı koaksial vintlərə malik olacaq. Maşının uçuş sürəti 426 km/saata çatacaq. Sikorsky JMR TD proqramın reallaşdırılmasının birinci mərhələsində əsas rolu oynayacaq. İkinci mərhələ üçünsə Boeing cavabdehlik daşıyacaq.

Qeyd edək ki, birin X-2 helikopterinin ilk uçuşları 2017-ci ilə planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş