Silah anbarında partlayış nəticəsində yaralanan şəxslərdən sonuncusu da evə buraxılıb

Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayış nəticəsində yaralanan şəxslərdən sonuncusu da evə buraxılıb.

Bu barədə “AzeriDefence” Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Qeyd edək ki, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra ötən gün evə buraxılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş