Silah anbarındakı partlayış nəticəsində 3 ev qəzalı vəziyyətə düşüb

Avqustun 27-də Müdafiə Nazirliyinin hərbi hissəsinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində Xızı rayonunda 3 yaşayış evi qəzalı vəziyyətə düşüb.

“AzeriDefence” xəbər verir ki, APA-nın şimal bürosunun məlumatına görə, yaşayış evlərindən 2-si Giləzi, 1-i isə Şuraabad kəndində yerləşir.

Xızı rayon İcra Hakimiyyətindən bildiriblər ki, həmin evlərdə yaşayanlar təhlükəsiz yerlərlərə köçürülüb. Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindən təxliyə olunan vətəndaşlar isə artıq evlərinə qayıdıb.

Hazırda Xızı rayonuna dəyən ümumi zərərin hesablanması üçün işlər davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş