Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Müdafiə Nazirli dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək 210 625 007,86 AZN, 11 171 613,65 ABŞ dolları, 181 319,42 avro, 495 561,33 türk lirəsi, 1 844,72 ingilis funt sterlinqi və 5 398 550 rubl vəsait daxil olub.

Noyabrın 1-dən dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 12 611 973,40 AZN, 175 507,81 ABŞ dolları, 15 723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336 000 rubl vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş