Silahlı Qüvvələrdə “Açıq qapı” günü başa çatıb – FOTOLAR

Müdafiə nazirinin tapşırığına əsasən Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, gün ərzində ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.

Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlər müzakirə edilib, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.

Hərbi hissələrdə təşkil olunan “Novruz” şənliklərində tonqallar qalanıb, hərbçilərə bayram sovqatları təqdim olunub və ziyarətçilərlə birlikdə bayram süfrəsi arxasında nahar təşkil edilib.

sqaciqqapi43

sqaciqqapi42

 

sqaciqqapi1

sqaciqqapi4.jpeg

sqaciqqapi5

sqaciqqapi7

sqaciqqapi8

sqaciqqapi9

sqaciqqapi10

sqaciqqapi11

sqaciqqapi12

sqaciqqapi15

sqaciqqapi17

sqaciqqapi20

sqaciqqapi22

sqaciqqapi23

sqaciqqapi24

sqaciqqapi26

sqaciqqapi30

sqaciqqapi32

sqaciqqapi35

sqaciqqapi41

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş