Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 30-da saat “Açıq qapı” günü keçiriləcək.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, “Açıq qapı” günü saat 11.00-da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün həyata keçiriləcək.

Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkəcək, eləcə də qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi təşkil olunacaqdır.

Hərbi hissələrdə silahlı qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

KATEQORIYA:
Bu xəbəri paylaş