Silahlı Qüvvələrdə psixoloji iş üzrə təlim-metodiki toplantı keçirilib

Silahlı Qüvvələrdə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən psixoloji iş üzrə təlim-metodiki toplantı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Toplantıya hərbi hissə və birləşmələrin psixoloqları, şəxsi heyətlə iş üzrə zabitləri cəlb olunub.

Cəbhə bölgəsində təşkil olunan toplantıda “Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə və aparılmasına dair təlimat”ın qüvvəyə minməsi barədə Müdafiə nazirinin müvafiq qərarının tələbləri ətraflı öyrənilib.

İxtisaslı mütəxəssislər tərəfindən şəxsi heyətin fərdi-psixoloji xüsusiyyətlərinin aşkarlanması, psixoloji hazırlığı, psixoloji yardıma ehtiyacı olan hərbi qulluqçuların müəyyən edilməsi, onlara psixoloji yardımın göstərilməsi üzrə tələblər və tövsiyələr çatdırılıb, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə ətraflı müzakirələr aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş