Silahlı Qüvvələrdə Snayper hazırlığı Mərkəzi istifadəyə verilib

Müdafiə Nazirliyinin rəhbərliyi Snayper hazırlığı Mərkəzinin açılışında iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərkəzdə snayperlərin səhra bacarıqlarının təkmilləşdirilməsi məqsədilə real döyüş şəraitinə uyğun lazımi infrastrukturun yaradılması barədə məruzə edilib.

İdarəetmə məntəqəsindən praktiki atış və digər hazırlıq çalışmalarını izləyən müdafiə naziri snayperlərin döyüş vərdişlərinin artırılması ilə bağlı tapşırıqlar verib.

KATEQORIYA:
Bu xəbəri paylaş