Silahlı Qüvvələrə Yardım Fonduna 69 milyon manatdan çox vəsait yığılıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna bu il yanvarın 1-dək 69.847.993,83 AZN, 211.791,88 ABŞ dolları və 1793,69 avro vəsait daxil olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş