Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 779 min manat artıb

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi son bir ayda 779 965 manat artıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mart ayının 1-I tarixinə Fondun manat hesabına yığılan vəsaitin həcmi 70 854 827,62 AZN, ABŞ dollar hesabına 211 791,88 ABŞ dollar, Avro hesabına yığılan vəsaitin həcmi 2093,69 avro təşkil edib.

KATEQORIYA:
Bu xəbəri paylaş