Silahlı Qüvvələrə Yardım Fonduna son bir ayda daxil olan vəsait açıqlanıb

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaiti açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 dekabr 2015-ci il tarixədək 68.710.527,53 AZN, 211.791,88 ABŞ dolları və 1493,69 avro vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.

Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş