Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsait açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna bu il noyabrın 1-dək 67 milyon 737 min 961,42 manat, 211 min 791.88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.

Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş