Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait 2017-ci il ərzində 8 796 474 manat artıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna yanvarın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 yanvar 2018-ci il tarixədək 88 008 970,18 AZN, 212 873,88 ABŞ dolları, 9536 avro və 5000 rubl vəsait daxil olub.

Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 976 569,55 AZN, avro hesabındakı vəsait 300 avro artıb, digər valyuta hesablarında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, Yardım Fonduna 1 yanvar 2017-ci il tarixədək 79 212 496,09 AZN, 212 373,88 ABŞ dolları, 5935,69 avro və 5000 rubl vəsait daxil olub. Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ildə 8 796 474,09 AZN, dollar hesabındakı vəsait 500 ABŞ dolları, avro hesabındakı vəsait 3 600,31 avro artıb, rubl hesabında isə dəyişiklik olmayıb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş