Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait 331 702 manat artıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna fevralın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Fondun bank hesablarındakı vəsaitin həcmi 1 fevral 2017-ci il tarixinə 79 544 198,44 AZN, 212 673,88 ABŞ dolları, 6235,69 avro və 5000 rubl vəsait daxil olub.

Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 331 702,35 AZN, ABŞ valyutası ilə olan hesabdakı vəsait 300 ABŞ dolları, avro hesabındakı vəsait isə 300 avro artıb. Rubl hesabında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş