Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait 606 011 manat artıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna sentyabrın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 sentyabr 2017-ci il tarixədək 84 650 521,36 AZN, 212 873,88 ABŞ dolları, 8336 avro və 5000 rubl vəsait daxil olub.

Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 606 011,64 AZN artıb, digər valyuta hesablarında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş