Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait 935 335 manat artıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna dekabrın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 dekabr 2017-ci il tarixədək 87 032 400,63 AZN, 212 873,88 ABŞ dolları, 9236 avro və 5000 rubl vəsait daxil olub.

Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 935 335,01 AZN, avro hesabındakı vəsait 600 avro artıb, digər valyuta hesablarında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş