Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 227 min manata yaxın artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 fevral 2016-cı il tarixədək 70 074 862,27 manat vəsait toplanıb.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Fondun hesabına toplanmış vəasitin həcmi son bir ayda 226 869 manat artıb.

Ötən bir ayda Fondun Avro hesabındakı vəsait 300 Avro artaraq 2093.69 Avro təşkil edib. ABŞ dolları ilə hesabda isə heç bir dəyişiklik olmayıb (211.791,88 ABŞ dollar).

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş