Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 474 390 min manat artıb

Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi son bir ayda 474 390 min manat artıb.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

1 oktyabr 2015-ci il tarixinə Foondun manat hesabındakı vəsait 67 000 811,11 AZN, ABŞ dollar hesabındakı vəsait 211 791,88 ABŞ dolları və Avro hesabındakı vəsait 593,69 avro təşkil edib.

Artım Fondun manat hesabında olub. Dollar və Avro hesablarında dəyişiklik olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

KATEQORIYA:
Bu xəbəri paylaş