Akademiyada hәrb elminin aktual problemləri müzakirə olunub

Azərbaycan Silahlı Qüvvələrinin Hәrbi Akademiyasında hәrb elminin aktual problemlərinə dair elmi-praktik konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, müdafiә naziri, general-polkovnik Zakir Həsənovun tәsdiq etdiyi illik plana әsasәn, keçirilən konfransda ölkәnin 20-dən artıq nazirlik, komitә, ali tәhsil müәssisәsi, idarә vә elmi mәrkәzlәrdәn 150-dək nümayәndә iştirak edib.

Akademiyanın rəisi, general-leytenant Heydər Piriyev Silahlı Qüvvәlәrin tәmәlinin ümummilli lider Heydәr Әliyev tәrәfindәn qoyulduğunu, bu gün isә Azәrbaycan prezidenti İlham Әliyevin rәhbәrliyi ilә regionun әn güclü ordusu olduğunu vurğulayıb.

Hərb elminin aktual problemlərindən danışan H. Piriyev onların həlli yollarının prioritet istiqamətlərini qeyd edib.

Elmi-pedaqoji kadr hazırlığının da vacib sahələrdən biri olduğunu deyən akademiyanın rəisi bu sahədə Müdafiә Nazirliyinin tabeçiliyində olan xüsusi tәyinatlı tәhsil müәssisәlәrinin ölkәnin qabaqcıl tәhsil ocaqları ilә әmәkdaşlıq etdiyini və bu işin qısa zamanda uğurlu nәticәsini göstәrәcәyini bildirib.

Konfransın plenar hissәsi başa çatdıqdan sonra iştirakçılar hәrbi­nәzәri elmlər, milli tәhlükәsizlik, hәrbi tәbabәt, hәrbi pedaqogika və hərb tarixi bölmәlәrindә mәruzәlәr dinlәyiblәr.

Bildirilib ki, sәslәndirilәn fikirlər, çıxışlar, mәruzәlәr, o cümlәdәn konfransın tәşkilat komitәsinə daxil olmuş 60­dan artıq elmi mәqalә “Milli təhlükəsizlik və hərbi elmlər” jurnalında dәrc edilәcәkdir.

KATEQORIYA:
Bu xəbəri paylaş