Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək

Silahlı Qüvvələrin Hərbi Akademiyasında 2018-ci ilin iyun ayında Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda ordu quruculuğu və hərb elmi” adlı elmi-praktiki konfrans keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, konfransda Azərbaycan xalqının hərb tarixində xüsusi əhəmiyyət kəsb edən məsələlərə baxılması nəzərdə tutulur. Belə ki, Azərbaycan hökumətinin 1918– 1920-ci illərdə ölkənin hərbi müdafiəsinin təşkili üzrə fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətində hərbi quruculuq (1918 – 1920), azərbaycanlılardan ibarət ilk nizami hərbi birləşmə olan Müsəlman korpusunun yaranması, azərbaycanlı hərbçi kadrlar hazırlayan ilk milli hərbi məktəbin təşkil olunması, azərbaycanlılardan və türklərdən ibarət Qafqaz İslam Ordusunun formalaşması, Azərbaycan və türk hərbi qüvvələri tərəfindən Bakı şəhərinin yadellilərdən azad edilməsi, Azərbaycan hərbi qüvvələrinin iştirakı ilə Qarabağda erməni təcavüzünün yatırılması; həmçinin, Azərbaycanın Sovet Silahlı Qüvvələrində (1920 – 1945) iştirakı və müharibədən sonra (1946 – 1991) SSRİ Silahlı Qüvvələri və xarici ölkələr üçün kadr hazırlığı işində mərkəzlərdən biri olmuş Azərbaycanın rolunun təhlili, 1970 – 80-ci illərdə milli hərbçi kadrların hazırlanması işində Heydər Əliyevin rolunun öyrənilməsi, Azərbaycan Respublikasında müasir dövrdə hərbi quruculuq işlərin öyrənilməsi, Azərbaycan tarixşünaslığında Heydər Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasındakı rolunun, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və XXI əsrin əvvəlində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafının hərb tariximizdə öyrənilməsi məsələlərinə baxılacaq.

Konfransının materialları Azərbaycan Respublikası Silahli Qüvvələrinin Hərbi Akademiyası tərəfindən toplu şəklində dərc olunacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş