Silahlı Qüvvələrin Hərbi Akademiyasında növbəti buraxılış olub

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təkmilləşdirmə və ingilis dili kurslarının növbəti buraxılışı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Buraxılış mərasimlərində ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə akademiyanın professor-müəllim heyəti ilə yanaşı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı hərbi attaşesi, polkovnik Adam Kavlik də iştirak edib.

Kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş