Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı olub

Azərbaycan müdafiə naziri Zakir Həsənovun müvafiq əmri əsasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib.

Bu barədə “AzəriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə ümummilli lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra, çıxış edən Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev müdafiə nazirinin adından buraxılış münasibəti ilə zabitləri təbrik edib.

Mərasimin sonunda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.

KATEQORIYA:
Bu xəbəri paylaş