Silahlı Qüvvələrin Tibb Baş İdarəsində altı ayın yekunlarına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Silahlı Qüvvələrin Tibb Baş İdarəsində altı ayın yekunlarına həsr olunmuş tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 15-də Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin şöbə rəisləri, hospitalların komandirləri, baş tibb mütəxəssisləri, əlahiddə ümumqoşun ordu və birliklərin tibb xidməti rəisləri, təhsil müəsissələrinin cavabdeh zabitləri ilə 2016-cı ilin birinci yarımilliyinə həsr olunmuş toplantı keçirilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov əvvəlcə iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından salamlayaraq cari ilin aprel ayında cəbhə bölgəsində aktiv döyüş əməliyyatları getdiyi dövrdə tibb xidmətinin fəaliyyətinin yüksək səviyyədə təşkil olunduğunu və bu sahədə həkimlərin peşəkarlığını xüsusi qeyd edib.

Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi etimadı doğrultmaq üçün tibb xidməti zabitlərinin də qarşısında mühüm vəzifələrin dayandığını vurğulayan baş qərargah rəisi, müdafiə nazirinin müvafiq tövsiyələrini onların diqqətinə çatdırıb. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev hesabat dövründə görülən işlər barədə geniş məruzə ilə çıxış edib.

Ötən yarım ilin yekunlarına həsr edilmiş toplantı tibb mütəxəsislərinin çıxışları və müzakirələrlə davam edib.

hosp3

hosp4

hosp5

KATEQORIYA:
Bu xəbəri paylaş