Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna yanvarın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yardım Fonduna 1 yanvar 2017-ci il tarixədək 79 212 496,09 AZN, 212 373,88 ABŞ dolları, 5935 69 avro və 5000 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb

KATEQORIYA:
Bu xəbəri paylaş