Silahlı Qüvvələrinin rəhbər heyəti ilə toplantı keçirilir – FOTO

Azərbaycan Silahlı Qüvvələrinin bütün rəhbər heyətinin iştirakı ilə üçgünlük toplantı keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanlarının, nazirliyin baş idarə, idarə və xidmət rəislərinin, birlik və birləşmə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantıda müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edib.

Z. Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin fəaliyyətinə verdiyi yüksək qiyməti və ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdırıb, aparılan fəaliyyətlər və əsas istiqamətlər üzrə yerinə yetirilən vəzifələri bir daha xüsusi vurğulayıb.

Toplantıya qatılan heyət təlim mərkəzində və çöl-səhra şəraitində təşkil olunan hazırlıq məntəqələri və nöqtələrində nəzəri və praktiki məşqlərdə iştirak edir.

İştirakçılardan ümümqoşun nizamnamələri, rəhbəredici və digər normativ sənədlərlə bağlı biliklər üzrə məqbullar qəbul edilib, şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.

Silahlı Qüvvələrin rəhbər heyətinin döyüş hazırlığının, bacarıq və qabiliyyətlərinin yoxlanılması məqsədilə silahlanmada olan zirehli texnikanın ştat silahından və atıcı silahlardan atışlar icra olunur, generallar və zabitlər müxtəlif növ tırtıllı və təkərli döyüş maşınlarının, avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqları yerinə yetirirlər.

toplanti1

toplanti2

toplanti3

toplanti4

toplanti5

toplanti6

toplanti7

toplanti8

toplanti9

KATEQORIYA:
Bu xəbəri paylaş