Silahlı Qüvvələrinin Yardım Fonduna daxil olan vəsait 753 min manatdan çox artıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna iyunun 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

1 iyun 2017-ci ilə qədər Silahlı Qüvvələrə Yardım Fonduna 82 414 536,16 AZN, 212 873,88 ABŞ dolları, 7436 avro və 5000 rubl vəsait daxil olub. Ötən ayla müqayisədə Silahlı Qüvvələrə Yardım Fonduna 752 532.89 AZN, 200 ABŞ dolları, 300 avro çox vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş