Silahlı Qüvvələrinin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna martın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Fondun bank hesablarındakı vəsaitin həcmi 1 mart 2017-ci il tarixinədək 80 385 012,74 AZN, 212 673,88 ABŞ dolları, 6235,69 avro və 5000,0 rubl vəsait daxil olub.

Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 840 814,30 AZN artıb.

ABŞ dolları, avro və rubl hesabında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş