Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsait 855 961 manat artıb

Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin həcmi iyul ayında 855 961 manat artıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

1 avqust 2015-ci il tarixinə Fondun manat hesabındakı vəsait 65 933 027,17 AZN, ABŞ valyutası ilə olan hesabındakı vəsait 211 791,88 ABŞ dollar, Avro hesabındakı vəsait 593,69 avro təşkil edib.

Artım Fondun manat hesabında olub. Dollar və Avro hesabındakı vəsaitlərin həcmində dəyişiklik baş verməyib. Rus rublu ilə olan hesaba isə mədaxil olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

KATEQORIYA:
Bu xəbəri paylaş