Silahlı Qüvvələrə Yardım Fondunun vəsait iki dəfə artıb

45 740 674.7 dollarAzərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ildə təxminən iki dəfə artıb. Bu barədə “AzeriDefence.com” saytına Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 1 yanvar 2013-cü il tarixinə fondun milli valyuta ilə hesabına toplanmış vəsaitin həcmi 35 744 346 manat, ABŞ valyutası ilə olan hesabındakı vəsait 205 791 dollar, Avro hesabındakı vəsait isə 593 avro olub. Fondun Avro hesabı istisna olunmaqla digər hesablardakı vəsaitin həcmində artım olub.

Ümumilikdə Silahlı Qüvvələrə Yardım Fondunun hesablarındakı vəsait 1 yanvar 2013-cü il tarixinə 45 740 674.7 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

KATEQORIYA:
Bu xəbəri paylaş